Vaxt.Az

Qonzalesdən beynəlxalq dəstək çağırışı


 

Müxalifətin namizədi venesuelalıları birliyə çağırır

Qonzalesdən beynəlxalq dəstək çağırışı Venesuelada müxalifət koalisiyasının namizədi Edmundo Qonzales ölkədə demokratiyanın müdafiəsi üçün beynəlxalq ictimaiyyətdən “güclü” dəstək istəyib.

Qonzales sosial mediada verdiyi açıqlamada Venesuelada “sülh” və “demokratiya”nın təhdid altında olduğunu iddia edib və beynəlxalq ictimaiyyətdən prezident Nikolas Maduronun hökumətinə daha çox təzyiq göstərməsini xahiş edib.

Qonzalez, əllərində olan məlumatlara əsaslanaraq, seçkidə “geniş fərqlə” qalib gəldiklərini təkid edbi və bütün dünyadan dəstək çağırışını təkrarlayıb.

Venesuelada bütün müxalifət partiyalarını birliyə çağıran Qonzales, “Seçkilərdə bizi dəstəkləsələr də, dəstəkləməsələr də, bütün ictimai və siyasi təşkilatları birləşməyə çağırıram. Venesuelalıları səslərinə hörmət etməyə dəvət edirəm. Bütün venesuelalılar azadlıqlarımıza və xalq suverenliyinə hücuma qarşı birləşməlidirlər”, – deyib.

***

Bu arada Çili, Argentina, Kosta-Rika, Ekvador, Qvatemala, Panama, Paraqvay, Peru, Dominikan Respublikası və Uruqvay dünən birgə bəyanat yayaraq prezident Maduronu iyulun 28-də keçirilən seçkilərin qalibi kimi təsdiqlədiyi üçün Venesuela Ali Ədalət Məhkəməsini (TSJ) tənqid edib.

Bəyanatda TSJ-nin açıqlamalarının mövcud “şübhələri” aradan qaldırmadığı və Beynəlxalq təşkilatlardan seçkilərin nəticələrini “ədalətli və şəffaf” şəkildə yoxlamağa çağırdığı deyilir.

Bəyanatda seçki protokollarının təfərrüatlı şəkildə paylaşılmadığı vurğulanıb, nəticələrin hər bir seçki məntəqəsi və seçki qutusu əsasında elan edilmədiyi, əvvəlki seçkilərdə tətbiq edilən şəffaflıq standartlarının bu seçkilərdə tətbiq edilmədiyinə diqqət çəkilib.

Sözügedən ölkələr 28 iyul seçkilərindən sonra verdikləri açıqlamalarda Venesuelada prezident seçkilərinin nəticəsini indiki vəziyyətdə tanımayacaqlarını açıqlayıblar.

Venesuela Ali Məhkəməsi Maduronun iyulun 28-də ölkədə keçirilən prezident seçkilərində qalib gəldiyini təsdiqləyib.

***

Venesuela Seçki Şurasının iyulun 29-da açıqladığı nəticələrə görə, prezident Maduro 51,20 faiz səslə üçüncü dəfə prezident seçkilərində qalib gəlib.

Müxalifət koalisiyasının namizədi Edmundo Qonzales və müxalifət lideri Maria Korina Maçado seçkilərin nəticələrini rədd ediblər.

 





24.08.2024    çap et  çap et