Ağ Evdən verilən açıqlamada Bayden, maliyyə dəyəri açıqlanmayan yeni paketin “Ukraynanın kritik infrastrukturunu qorumaq üçün havadan müdafiə raketləri, pilotsuz uçuş aparatları (PUA), raketlər, sursatlar və mobil raket sistemlərini əhatə etdiyini”, – vurğulanır.
Ukrayna prezidenti Vladimir Zelenski dünən müttəfiq ölkələrə sərt çağırış edib və deyib ki, Kiyevə vədlərə deyil, vaxtında silah çatdırılmasına ehtiyac var.
Zelenski televiziya ilə çıxışında, “Silahların vaxtında çatdırılması hazırda çox vacibdir. Bəzi paketlər elan edilib və səsə qoyulub, lakin hələ ki, Ukraynaya çatdırılmayıb”, – deyib.
Ukrayna qüvvələri avqustun 6-dan Kursk vilayətində Rusiya ərazisində əməliyyat keçirib və Rusiyanın bir neçə şəhərini nəzarətə götürüb. Ukrayna Hərbi Hava Qüvvələri Rusiya qüvvələrinin irəliləməsinin qarşısını almaq üçün bir neçə körpünü dağıdıb.