Vaxt.Az

“Öldürdük!”


 

İsrail “HƏMAS”ın daha bir liderini məhv edib

“Öldürdük!” İsrail ordusu Qəzzaya hücumlarda “HƏMAS” terror təşkilatının silah istehsalına cavabdeh olan Taha Əbu Nadanı öldürdüyünü iddia edib. Son gündə xeyli terror təşkilatı üzvünün öldürüldüyünü iddia edən İsrail, ölənlər arasında Əbu Nadanın da olduğunu qeyd edib.

Əl-Cəzirə televiziyası İsrailin bu səhər həyata keçirdiyi hava hücumlarında 37 nəfərin həlak olduğunu açıqlayıb.

Bu arada “HƏMAS”ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları və İslami Cihadın hərbi qanadı Qüds Səriyyə Qəzza zolağının şimal və cənubunda İsrail ordusuna məxsus maşınları hədəfə alıb.

Kassam “Telegram” hesabından verdiyi açıqlamada Rəfahın qərbindəki Tel es-Sultan rayonunda həyata keçirdiyi hücumlarla bağlı məlumat verib. Açıqlamada Əbu Sultan qovşağında 1 Merkava tankının, Əbu Dəkkə qovşağının yaxınlığında isə 4 ədəd Yasin-105 raketləri ilə vurulduğu bildirilib.

 





24.08.2024    çap et  çap et