“France-Presse” agentliyinin məlumatına görə, şəhərin meri Stefan Rossignol verdiyi açıqlamada ən azı iki avtomobilin yandırıldığı hadisə yerində bir bələdiyyə polisinin yaralandığını bildirib. Daxili İşlər Naziri Cerald Darmanin “X” sosial şəbəkəsində cinayət kimi qiymətləndirdiyi hərəkəti pisləyib.
Yəhudi ibadət yerlərinin mühafizəsinin gücləndirilməsinə toxunan nazir yazıb ki, “Yəhudi vətəndaşlarımız və hər kəslə həmrəy olduğumu bildirmək istəyirəm və demək istəyirəm ki, biz prezident Emmanuel Makronun tələbi ilə cinayətkarı tapmaq üçün hər vasitədən istifadə edəcəyik”.
Darmanin daha sonra Fransanın cənubundakı Monpelye şəhəri yaxınlığında yerləşən məşhur dənizkənarı kurort “La Grande Motte”ə gedib.
Rossignol, iki qapısı zədələnmiş “Beth Yaakov” (Yaqub Evi) sinaqoqunun qarşısında təhlükəsizlik kameralarının avtomobilləri yandıran şəxsin görüntülərini çəkdiyini açıqlayıb.