APA-nın xəbərinə görə, sınaq imtahanları
respublikanın 22 şəhər və rayonunda ümumilikdə 62 binada təşkil olunub.
İmtahanda iştirak etmək üçün respublika
üzrə abituriyentlərə 49405 yer ayrılıb, qeydiyyat internet vasitəsilə martın
27-dən aparılıb.
Qeyd edək ki, ali təhsil müəssisələrinin
bakalavr səviyyəsi üzrə sınaq imtahanlarının aprelin 6-dan iyunun 1-dək
keçirilməsi nəzərdə tutulur.
Bu müddətdə ümumilikdə 6 sınaq imtahanı keçiriləcək ki, onların 4-ü yeni, 2-si isə təkrar olacaq.