Müalicə altında olan və uzun illər Yunanıstanda yaşayan Rusiya vətəndaşlarından birinin üzərində rus muzdluları dəstəsi Vaqnerə məxsus vəsiqə tapılıb. Digər yaralı rusiyalının üzərində isə “Walther P-22” tapançası çıxıb.
Xəbərdə polis qaynaqlarının verdiyi məlumata görə, immiqrant qaçaqmalçılığı ilə bağlı cinayət keçmişi olan iki Rusiya vətəndaşı dostlarının onlara Vaqner kartını verdiyini iddia edib.
Polis, sözügedən şəxslərin Vaqner qrupu ilə əlaqələrinin hələ tam olaraq müəyyən edilmədiyini bildirib.