“Reuters”in məlumatına görə, Pişin polisinin baş müfəttişi Mənzur Pulidi öz açıqlamasında bildirib ki, şəhərin polis idarəsi yaxınlığında motosikletə quraşdırılmış uzaqdan idarə olunan bombanın partladılması nəticəsində 7 polis əməkdaşı yaralanıb.
Polis məmuru Mucibur Rahman, “Partlayıcılar ərazidə park edilmiş motosikletə yapışdırılıb. Partlayış zamanı ərazidən keçən iki uşaq ölüb”, – deyib.
Baş nazir Şahbaz Şərif açıqlamasında partlayışda iki uşağın “şəhid olmasından” dərin hüznlə kədərləndiyini bildirib, onların ailələrinə başsağlığı verib və bütün yaralıların tezliklə sağalmasını arzulayıb.
Qeyd edək ki, silahlı qruplaşmalar, xüsusilə də Bəlucistan Azadlıq Ordusu əyalətdə fəaldır və mart ayında Qvadar limanı da daxil olmaqla əyalətdəki təhlükəsizlik qüvvələrinə və obyektlərinə hücum edib.