Çin Ticarət Nazirliyi tərəfindən edilən açıqlamada bunun Vaşinqtonun birtərəfli sanksiyalarla sərhədi aşan istifadəsinin tipik nümunəsi olduğu və Pekinin öz şirkətlərinin qanuni haqqı və mənafelərini qorumaq üçün lazımi tədbirlər görəcəyi bildirilib.
Bəyanatda bu cür sanksiyaların beynəlxalq ticarət nizamı və qaydalarını sarsıtdığı, normal iqtisadi və ticarət mübadilələrinə mane olduğu, qlobal sənaye və təchizat zəncirlərinin təhlükəsizliyinə və sabitliyinə mənfi təsir göstərdiyi iddia edilib və Vaşinqton administrasiyası bu yanlış təcrübəyə son qoymağa çağırılıb.
İlk dəfə olaraq, fevralın 23-də, Rusiya-Ukrayna müharibəsinin başlanmasının ikinci ildönümü ərəfəsində ABŞ 9 Çin şirkətinin adı “qara siyahı” adlandırılan ixraca nəzarət siyahısına daxil edilib. Ukrayna müharibəsində Rusiyaya hərbi dəstək verə biləcək məhsulların ticarəti ilə məşğul olan 8 Çin şirkətinə ixrac məhdudiyyətləri qoyulub. Daha sonra may ayındakı sanksiyalar siyahısına daha 31 şirkəti əlavə edilib.