69 yaşlı Vaşinqton filmin davamında iştirak etməyi qəbul etməsi ilə bağlı bunları deyib: “Məni maraqlandıra biləcək çox az film qalıb. Ekran əsərinə çəkilməyim üçün rejissor məni ruhlandırmalıdır və Ridli mənim üçün böyük ilham mənbəyi olub”.
Vaşinqton və Skot 2007-ci ildə “American Gangster” filmində birlikdə işlədikdən sonra yaxın dostluq münasibətləri qurublar.
Aktyor deyib: “İlk dəfə əla iş gördük və buradayıq. O, həyat və növbəti filmi haqqında həyəcanlıdır. O, ilham mənbəyidir. Hamımız 86 yaşında özümüzü belə hiss etmək istəməliyik”.
Skot “Qladiator 2”yə son dərəcə əmindir. Usta rejissor “Empire”ə verdiyi açıqlamada, “Bu, indiyə qədər etdiyim ən yaxşı şeydir. Ən yaxşılardan biri. Bir neçə yaxşı film çəkmişəm”, – deyib.
Yeni filmdə Pol Meskal Kommodusun qardaşı oğlu Luçiusun böyüklər versiyasını canlandırır. Onu Pedro Paskal, Denzel Vaşinqton, Cozef Quinn və Konni Nilsen kimi adlar müşayiət edir.
Ridli Skott-un 2000-ci ildə Oskar qazanmış epik filminin davamı çoxdan gözlənilirdi. İlk Qladiatorda Kommod tərəfindən xəyanət edilən və ailəsinin qisasını almaq üçün qladiator kimi döyüşməyə məhkum edilmiş Roma generalı Maksimus rolunda Rasell Krou çəkilmişdi.
Film həm ciddi maddi gəlir, həm də ən yaxşı film və ən yaxşı aktyor nominasiyaları da daxil olmaqla bir neçə Oskar mükafatı qazandı.
Filmin davamı noyabrın 15-də bütün dünyada yayımlanacaq. ABŞ və Kanadadakı kinosevərlər filmə baxmaq üçün noyabrın 22-nə kimi gözləməli olacaqlar.