Nazirlikdən verilən açıqlamada qeyd olunub ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Belarus silahlı qüvvələri əsgər, texnika, tank, artilleriya və hava hücumundan müdafiə sistemlərini təlim adı altında Ukraynanın şimal sərhədinə yaxın Qomel bölgəsində toplayıb.
Bəyanatda sözügedən bölgədə Rusiyanın “Vaqner” muzdlularının da aşkarlandığı bildirilib: "Dövlət sərhədi və Çernobıl Atom Elektrik Stansiyasının yaxınlığında təlimlərin keçirilməsi Ukraynanın milli təhlükəsizliyinə və ümumilikdə qlobal təhlükəsizliyə təhdid yaradır. Moskvanın təzyiqi altında Belarus hakimiyyətini faciəvi səhvlərə yol verməməyə və silahlı qüvvələrinin düşmənçilik hərəkətlərini dayandırmağa və qoşunlarını Ukrayna dövlət sərhədindən köçürməyə çağırırıq”.
Ukraynanın heç vaxt Belarus xalqına qarşı qeyri-dost hərəkətlər etməyib və etməyəcəyi vurğulanan bəyanatda deyilir: “Sərhədin pozulması halında Ukrayna özünü müdafiə etmək üçün bütün lazımi tədbirləri görəcək və Belarusdakı bütün hərbi birləşmələr, obyektlər və təchizat yolları Ukrayna silahlı qüvvələrinin qanuni hədəfinə çevriləcəyi xəbərdar edirik”.