Vaxt.Az

Dənizi üzərək keçiblər


 

Mərakeşli immiqrantlar dumandan istifadə edib İspaniya ərazisinə daxil olublar

Dənizi üzərək keçiblər Bir qrup immiqrant dumandan istifadə edərək Şimali Afrikadakı İspaniya ərazisinə keçib. Bildirilib ki, bu gün səhər saatlarında İspaniyanın Şimali Afrikadakı ərazisi Seutada dənizdən qeyri-qanuni miqrant axını zamanı 15-dən çox uşaq İspaniya tərəfinə üzərək gedib.

Seuta yerli hökumətindən İspaniya mətbuatına verilən məlumatda, səhər saatlarında sıx dumandan istifadə edən nizamsız immiqrantların böyük bir qrupunun üzərək İspaniyaya getməyə çalışdığı bildirilib.

Səlahiyyətlilər, qeyri-qanuni mühacirlərin əksəriyyətinin İspaniya jandarmiyası tərəfindən Mərakeş tərəfinə “geri göndərildiyini”, lakin dəqiq sayı bilinməsə də, Seutaya 15-dən çox uşaq qeyri-qanuni immiqrantın daxil olduğunu bildirdi.

***

Son zamanlar bölgəyə qeyri-qanuni mühacir axını sürətlənərkən, avqustun 22-də təxminən 350 qeyri-qanuni immiqrantın üzərək sərhədi keçməyə cəhd etdiyi, 4 uşaq və 12 böyük şəxsin isə qeyri-qanuni yollarla daxil olduğu açıqlanıb.

Avqustun 23-də mətbuata verdiyi açıqlamada muxtar Seuta şəhərinin meri Xuan Vivas şəhərdə qeyri-qanuni immiqrantlar üçün ayrılmış yerləşdirmə mərkəzlərində doluluq nisbətinin 422 faizdən çox olmasından şikayətlənib.

Vivas mərkəzi hökumətə təcili yardım üçün müraciət edib.

Rəsmi məlumatlara görə, il ərzində Seutaya 650-dən çox qeyri-qanuni daxil olan immiqrantın 230-u təkcə avqust ayında keçib.

Digər tərəfdən, Şimali və Qərbi Afrika sahillərindən İspaniyaya doğru qeyri-qanuni immiqrant axını son bir ildə 66,2 faiz artarkən, Kanar adaları qrupu ən çox immiqrant qəbul edən yer olaraq önə çıxır.

İspaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, yanvarın 1-dən avqustun 15-dək İspaniyaya ümumilikdə 31 min 155 qeyri-qanuni immiqrant, o cümlədən 22 min 304-ü Kanar adalarına daxil olub.

Baş nazir Pedro Sançez qeyri-qanuni miqrasiyaya qarşı tədbirlər görmək üçün avqustun 27-29-da Mavritaniya, Seneqal və Qambiyaya səfər edəcək.

 





25.08.2024    çap et  çap et