Vaxt.Az

“Uzun ömrün heç bir sirri yoxdur”


 

Dünyanın ən yaşlı kişisi: “Başqa adam olduğumu düşünmürəm”

“Uzun ömrün heç bir sirri yoxdur” Dünyanın ən yaşlı kişisi olan 112 yaşlı Con Tinnisvud bu gün ad gününü qeyd edir. BBC-nin məlumatına görə, 26 avqust 1912-ci ildə İngiltərənin Liverpul şəhərində anadan olan Con Tinnisvud 112 yaşını “Ginnesin Rekordlar Kitabı”nın sertifikatı ilə çəkdirdiyi foto ilə qeyd edib. Ginnes rəsmiləri ilə danışan Tinnisvud “niyə bu qədər uzun yaşadığı barədə heç bir fikri olmadığını” deyib.

Tinnisvud qeyd edib ki, hər kəsin ondan eşitmək istədiyi “uzun ömür sirri” yoxdur.

Liverpool futbol komandasının ömürlük tərəfdarı olan Con Tinnisvud indi “Southport”dakı bir qocalar evində yaşayır.

Aprel ayında 114 yaşlı Xuan Visente Peres Moranın ölümü ilə Con Tinnisvud dünyanın ən yaşlı kişisi oldu. Gənc ikən kifayət qədər aktiv olduğunu və “çox gəzdiyini” deyən Tinnisvud digərlərindən “o qədər də fərqlənmədiyini” deyir: “Uzun və ya qısa ömür yaşaya bilərsiniz, bununla bağlı görüləsi çox şey yoxdur”.

“Titanik”in batdığı ildə doğulan Tinnisvud 112 yaşına çox da fikir vermədiyini deyib: “Niyə bu qədər uzun yaşadığım barədə heç bir fikrim yoxdur. Heç bir xüsusi sirr bilmirəm. Düşünmürəm ki, mən başqa adamam”.

Tinnisvud sevimli komandası olan “Liverpul”un yaradılmasından 20 il sonra dünyaya gəlib. Klubun bu günə qədər qazandığı 66 kubokdan ikisi istisna olmaqla, hamısının şahidi olub. O, yalnız 1901 və 1906-cı illərdə liqa titullarını görməyib. Birinci Dünya Müharibəsi başlayanda iki yaşında olan Tinnisvud, İkinci Dünya Müharibəsi başlayanda 27 yaşını təzəcə qeyd etmişdi.

Müharibə əsnasında ordunun maliyyə işlərini idarə edən bölmənin üzvü kimi arxa cəbhədə rol oynayan Tinnisvud həm də keçmiş İkinci Dünya Müharibəsi əsgərləri arasında ən yaşlısıdır.

Tinnisvud və həyat yoldaşı Blodven 1942-ci ildə evləniblər və onların qızları Syuzan 1943-cü ildə anadan olub. 1986-cı ildə həyat yoldaşı vəfat edənə qədər 44 il bir evdə yaşayıblar.

***

Müharibədən sonra Con Tinnisvud “Shell” və BP şirkətlərində mühasib işləyib, 1972-ci ildə təqaüdə çıxıb.

Tinnisvud, hər cümə günü ənənəvi balıq və cips yeməkdən başqa, müntəzəm yemək rejimi olmadığını da paylaşarıb: “Hər kəs kimi, nə gəlirsə yeyirəm, mənim xüsusi pəhrizim yoxdur”.

2012-ci ildə 100 yaşı tamam olandan bəri Kraldan xüsusi ad günü təbrik açıqcaları alan Con indi bu kartı Kraliça II Yelizavetanın 2022-ci ildə ölümündən sonra onları Kral III Çarlzdan alır. Uşaqlığı ilə müqayisədə dünyada baş verən dəyişikliyi şərh etmək istəyən Tinnisvud bunları deyir: “Məncə, bu, daha yaxşı deyil, ya da bəzi şeylərdə daha yaxşıdır, digərlərində isə daha pisdir”.

Dünyanın ən uzun ömürlü kişi 2013-cü ildə 116 yaşında vəfat edən yaponiyalı Jiroemon Kimura olub.

Dünyanın ən yaşlı qadını və hələ də həyatda olan ən yaşlı insanı titulu Yaponiyadan olan 116 yaşlı Tomiko İtukaya məxsusdur.

 





26.08.2024    çap et  çap et