Vaxt.Az

Kim gülərək izləyib


 

Şimali Koreyada kamikadze PUA nümayişi

Kim gülərək izləyib Aylardır ardıcıl raket sınaqları ilə diqqət çəkən Şimali Koreya indi də kamikadze pilotsuz uçuş aparatları (PUA) ilə “düşmən”i təhdid edib.

Şimali Koreya prezidenti Kim Çen In intiharçı PUA-larla təlimə baxaraq Cənubi Koreyanı yenidən qorxudub. Dövlət mediası Kimin kamikadze İHA-ların hədəfləri məhv etdiyi təlimi gülərək izləyən görüntülərini paylaşıb.

İHA-lar üçün süni intellekt texnologiyasının inkişaf etdirilməsi lazım olduğunu bildirən Şimali Koreya lideri, daha çox kamikadze vasitələrinin istehsal ediləcəyini də bildirib.

Kim həftəsonu yeni tikilən sənaye obyektlərinə də baş çəkib.

Cənubi Koreya Baş Qərargahı Şimali Koreyanın ilk dəfə ortaya çıxan PUA-larının Rusiya və İran vasitələrinə bənzədiyini və iki ölkənin Şimali Koreyaya İHA vermiş ola biləcəyini açıqlayıb.

 





26.08.2024    çap et  çap et