Vaxt.Az

Misirdə barışıq təşəbbüsü


 

“Müsəlman Qardaşlar” məhbusların azadlığa buraxılması müqabilində siyasətdən əl çəkəcəyini deyir

Misirdə barışıq təşəbbüsü Misir siyasətçiləri və parlamentariləri “Müsəlman Qardaşlar”ın Misir dövləti ilə “barışıq cəhdini” rədd ediblər.

Ölkədə qadağan edilmiş “Müsəlman Qardaşlar” qrupu liderinin Londonda olan müavini Hilmi əl-Cazzarın Misir dövləti ilə “barışıq” üçün məhbusların azad edilməsi müqabilində Müsəlman Qardaşlarının siyasi fəaliyyətdən geri çəkilməsini təklif edən məktubu ilə anlaşma prosesini sürətləndirib.

Bununla belə, ekspertlərin fikrincə, əl-Cazzarın mesajı “qrup daxilində böhrana səbəb olub” və qrup “siyasi işdən çəkilmək” ritorikasını rədd edib.

Misir Nümayəndələr Palatasının (parlament) üzvü Mustafa Bekri “Müsəlman Qardaşları”nın təşəbbüsünü “qrupun ümidsizliyə düçar olmasının sübutu” kimi qiymətləndirib.

Misirdəki fundamentalist hərəkatlarla bağlı araşdırmalar aparan Samih İyd deyib ki, bu təşəbbüs qrupun sıraları daxilindəki parçalanmaları əks etdirir. Misirdə müxalifət partiyası olan Vətəndaş Demokratik Hərəkatının liderlərindən biri Əhməd Bahəddin Şaban “Müsəlman Qardaşlar”ın təşəbbüsünün vaxtını “Misir-Türkiyə yaxınlaşmasının sürətlənməsi” ilə əlaqələndirib.

 





26.08.2024    çap et  çap et