London yanğınsöndürmə briqadasının rəsmisi açıqlamasında bildirib ki, yanğınsöndürənlər yerli vaxtla saat 02.44-də ilk zəngdən qısa müddət sonra hadisə yerinə gəliblər.
Rəsmi yanğından bütün binanın zərər gördüyü və uşaqlar da daxil olmaqla 100-dən çox sakinin təxliyə edildiyini bildirib.
Komissarın müavini Patrik Qulborn də hadisə yerində 40 yanğınsöndürən maşını və 225 yanğınsöndürən olduğunu bildirib.
Yanğının səbəbi hələlik məlum olmasa da, binada yanğınla bağlı bəzi təhlükəsizlik problemlərinin olduğu iddia edilir.