Polşa xəbər agentliyi PAP-ın məlumatına görə, Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı Rusiyanın “Tu-95” tipli bombardmançı təyyarələrinin havaya qalxmasından sonra açıqlama verib. Açıqlamada Rusiyanın Ukraynaya qarşı artan hava fəaliyyətlərinə cavab olaraq Polşa təyyarəsinin ölkənin cənub-şərqindən çıxarıldığı bildirilib.
Açıqlamada təhlükəsizliyin təmin edilməsi üçün bütün lazımi tədbirlərin görüldüyü bildirilib, bölgədə səs-küy səviyyəsində artım ola biləcəyi ilə bağlı xəbərdarlıq edilib.
Bildirilib ki, Rusiyanın “Tu-95” tipli bombardmançı təyyarələrinin havaya qalxması ilə əlaqədar bütün Ukrayna ərazisində hava hücumlarına qarşı həyəcan siqnalları çalmağa başlayıb. Xarkov vilayətinin Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov sosial şəbəkədəki hesabında Rusiya ordusunun Xarkova hücuma keçdiyini açıqlayıb.
Ukrayna mediası da ölkənin bəzi bölgələrində partlayış səslərinin eşidildiyini bildirib.