Vaxt.Az

“Uber”ə 290 milyon cərimə


 

Şirkət sürücülərin şəxsi məlumatlarını ABŞ-a ötürməkdə günahlandırılır

“Uber”ə 290 milyon cərimə Hollandiyanın Məlumatların Mühafizəsi Təşkilatı (DPA) “Uber”i 290 milyon avro cərimələyib. DPA nəqliyyat şirkətini Birlik qanunlarını pozaraq sürücü məlumatlarını ABŞ-a ötürdüyünə görə cəzalandırdığını açıqlayıb.

Açıqlamada, “Uber”in Avropadakı taksi sürücülərinin bank hesabları, taksi lisenziyaları, yerləri, fotoşəkilləri, ödəniş məlumatları, şəxsiyyət sənədləri, cinayət və tibbi qeydlər kimi müxtəlif şəxsi məlumatlarının lazımi qaydada qorunmadığı və müvafiq qaydada ABŞ mühafizə orqanlarına göndərildiyi bildirilib.

Açıqlamada “Uber”in sözügedən müraciətinin AB Ümumi Məlumatların Qorunması Qaydasının (GDPR) ciddi pozuntusu olduğu təsbit edildiyi və bu səbəbdən şirkətin 290 milyon avro cərimələndiyi vurğulanıb.

Açıqlamada, Avropa mərkəzinin Hollandiyada olan “Uber”in Fransadakı sürücülərin şikayəti ilə araşdırmaya başlanıldığı və bununla da şirkətin məlumat ötürülməsinə son verdiyi ifadə edildi.

 





26.08.2024    çap et  çap et