Süni intellektin sənədə başqa bir polis məmurunun şübhəlilərin qaçdığı avtomobilin rəngindən bəhs etməsi kimi xatırlamadığı detallar əlavə etdiyini ifadə edən Qilbert, “Bu, yaza biləcəyimdən çox daha yaxşı bir sənəd idi və məzmunu tamamilə düzgün idi”, – deyib.
“Axon”un baş meneceri Rik Smit bu texnologiyanı “inqilab” olaraq xarakterizə edib və məhsulun polis əməkdaşları arasında çox müsbət qarşılandığını deyib.
Smit, söhbət botunu şirkətin “ən çox müsbət cavab alan məhsulu” olaraq xarakterizə edib və bu texnologiya sayəsində polis məmurlarının sahə vəzifələrinə daha çox vaxt ayıra bildiyini vurğuladı.
Polisin adətən 30-45 dəqiqəyə yazdığı hesabatları 8 saniyə kimi qısa müddətdə hazırlayan süni intellektə əsaslanan sistem bir çox tənqidləri də özü ilə gətirib.
Hüquq eksperti Endrü Ferqüson, süni intellektlə yaradılan protokolların “yalan məlumat istehsal etmək və etnik mənsubiyyətlə bağlı həssaslıqları nəzərə almamaq” ehtimalına görə etibarlı olub olmadığını şübhə altına aldıqlarını bildirib.
Oklahoma Sitidən olan icma fəalı Orelius Fransisko da bu sənədlərin polisin işini asanlaşdıracağını, lakin müxtəlif etnik mənşəli insanların həyatını çətinləşdirəcəyini iddia edib.