Vaxt.Az

“Məqsədini anlamağa çalışırıq”


 

Yaponiya və Çin arasında hərbi təyyarə böhranı

“Məqsədini anlamağa çalışırıq” Yaponiya Çin hərbi təyyarəsinin ilk dəfə hava məkanını pozduğunu iddia edib.

NHK dövlət televiziyasının məlumatına görə, Yaponiya Müdafiə Nazirliyi Çin ordusuna aid Y-9 tipli hərbi təyyarənin yerli vaxtla saat 11.29-da Şərqi Çin dənizindəki Danco adaları yaxınlığında Yaponiyanın hava məkanına daxil olduğunu bildirib. Nazirliyin açıqlamasında təyyarənin təxminən 2 dəqiqə ərzində Yaponiya hava məkanını pozduğu, döyüş təyyarələrinin cavab vermək üçün hərəkətə keçdiyi, lakin Çin təyyarəsinin həmin vaxt Yaponiya hava məkanını tərk etdiyi bildirilib.

Bildirilib ki, hava məkanının pozulmasından sonra həyəcan təbili çalan Yaponiya Müdafiə Nazirliyi Yaponiya hava məkanını ilk dəfə pozan Çinin məqsədini anlamağa çalışır.

 





26.08.2024    çap et  çap et