Kanadanın Baş naziri Castin Trüdo, Çindən idxal edilən elektrikli avtomobillərə yeni tarif tətbiq ediləcəyi barədə qərar verib. Hökumət başçısı yeni qərarla həmin avtomobillərə 100 faiz gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb.Trüdo, elektrikli avtomobillərdən başqa, Çindən idxal edilən polad və alüminiuma da 25 faiz gömrük rüsumunun tətbiq ediləcəyini deyib.
Avropa Birliyi (AB) Komissiyası və ABŞ oxşar şəkildə Çin mənşəli elektrikli avtomobillərə daha yüksək idxal tarifləri tətbiq etməyi planlaşdırır.
ABŞ prezidenti Co Bayden administrasiyası may ayında Çindən gələn təmiz enerji məhsullarına gömrük rüsumlarını artırmağa hazırlaşdığını və elektrikli avtomobillərə tətbiq edilən vergiləri təxminən dörd dəfə artıracağını açıqlamışdı.
çap et