Vaxt.Az

Qışda 41,6 dərəcə


 

Avstraliyada temperatur rekordu qırılıb

Qışda 41,6 dərəcə Avstraliyada ölkə tarixində qış temperaturu rekordu qırılıb.

Avstraliya Yayım Korporasiyasının (ABC) xəbərinə görə, ölkənin Kimberley bölgəsindəki bir meteoroloji stansiyada temperaturlarla bağlı verdiyi açıqlamada bölgədəki termometrlərin 41,6 dərəcə göstərdiyi bildirilib.

Qeyd olunub ki, Avstraliya Meteorologiya Bürosunun (BOM) müvəqqəti olaraq təsdiq etdiyi məlumat sabah veriləcək açıqlama ilə yekunlaşarsa, ölkədə indiyədək qış temperaturu rekordu qırılacaq.

İsti dalğanın ölkənin şərq bölgələrinə doğru getdiyini bildirən səlahiyyətlilər, oxşar temperatur rekordlarının Kvinslend və Yeni Cənubi Uels əyalətlərində də yaşana biləcəyini vurğulayıblar.

Əvvəlki rekord 41,2 dərəcə ilə 23 avqust 2020-ci ildə Qərbi Avstraliya əyalətində qeydə alınmışdı.

 





26.08.2024    çap et  çap et