Almaniyanın qərbindəki şəhərdə hücumun baş verdiyi əraziyə gül qoyan Şolz, jurnalistlərə “Almaniyada qala bilməyən və qalmasına icazə verilməyənlərin ölkələrinə göndərilərək deportasiya edilməsini təmin edəcəyik. Bu hamımıza qarşı bir terrordur”.
Qanlı hücumdan sonra ifrat sağçı müxalifət anti-immiqrant ritorikasını artırarkən, hökumətin immiqrasiya siyasətini tənqid edənlər də artıb.
İŞİD terror təşkilatının üzvü olmaqda şübhəli bilinən və 3 nəfərin ölümündə günahlandırılan 26 yaşlı suriyalı gənc üç aydan sonra keçiriləcək əyalət seçkiləri ərəfəsində sığınacaq və deportasiya qaydaları ilə bağlı siyasi müzakirələri qızışdırıb.
Mühacirət əleyhinə siyasətlərlə kampaniya aparan ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyası bazar günü Saksoniya və Türingiyada, sentyabrın 22-də isə Brandenqurqda keçiriləcək seçkilərdə liderlik edir.
Türingiyada AfD namizədi Björn Höke seçki kampaniyasında “Höke və Solingen” şüarı ilə hücumdan istifadə etməyə başladı.
“Infratest dimap”dan Stefan Merz və “Forsa”dan Manfred Quellner “Reuters”ə bildiriblər ki, hücum ifrat sağçılara daha çox səs gətirməyəcək, çünki onların tərəfdarları artıq immiqrasiya problemləri ilə səfərbər olub.
“Infratest dimap”dan Merz, mərkəz sağ CDU-nun Şolzun mərkəz sol Sosial Demokratlar partiyasının səslərini ala bilməsi ehtimalından danışdı.
Alman mətbuatının verdiyi məlumata görə, rəsmilər cümə günü hücumun şübhəlisinin Avropa Birliyinin sığınacaq qaydalarına uyğun olaraq keçən il Bolqarıstana göndərilməsinin planlaşdırıldığını, lakin şübhəlinin qaçqınlar üçün nəzərdə tutulmuş yaşayış yerində olmadığı üçün həyata keçirilə bilmədiyini bildirib.
Solingenin yaranmasının 650-ci ildönümünü qeyd edən festival zamanı cümə günü axşam saatlarında bıçaqlı hücum nəticəsində 3 nəfər ölüb, bəziləri ağır olmaqla 8 nəfər yaralanıb. Hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.