Vaxt.Az

Yanacaq böhranı


 

Uçuşlar ləğv edildi

Yanacaq böhranı Yanacaq təchizatı problemi səbəbindən Kolumbiyada 69 uçuş ləğv edildi. Problem həll olunmasa, onlarla uçuş ləğv ediləcək. Bəzi hava yolları şirkətləri Kolumbiyada yanacaq tədarükündə problemlər səbəbindən planlaşdırılan uçuşları ləğv etməli olublar.

Ölkədəki aparıcı hava yolları şirkətlərindən biri olan “Avianca”, 4 beynəlxalq uçuş da daxil olmaqla 69 uçuşun ləğv edildiyini açıqlayıb. Böhran davam edərsə, şirkət sabah 108 uçuşu dayandıra bilər.

“Avianca”ın ardınca “Latam” Hava Yolları da oxşar addım ataraq sabahdan 36 uçuşu ləğv edəcəyini bildirib. Hər iki şirkət, pulsuz bilet dəyişiklikləri və ya tələblərə uyğun olaraq məbləğin 1 il müddətinə geri qaytaracaqlarını açıqlayıblar.

Kolumbiya nəqliyyat naziri Maria Kostanza Qarsia, yanacaq təchizatı zəncirindəki problemləri araşdırdıqlarını və bəzi aviaşirkətlərin uçuş rahatlığını qorumaq üçün bilet satışlarını müvəqqəti dayandırdığını açıqlayıb. Qarsia, uçuş ləğvlərinin Kolumbiya aviasiya tənzimləməsinə zidd olduğunu da vurğulayıb və bu prosesi araşdırmağı tapşırdı.

 





27.08.2024    çap et  çap et