“9 News” saytına görə, Qantas Hava Yolları, normal satış qiyməti 19 min 342 Avstraliya dolları (22311 manat) olan Sidney-Los Angeles reysinin “first class” biletlərinə 4 min Avstraliya dolları (4611 manat) sərnişinlərin biletləri ləğv ediləcək.
Qantas şirkətinin mətbuat katibi, ağılagəlməz bir vəziyyətlə qarşılaşdıqlarını deyib: “Xoş niyyət əlaməti olaraq, müştərilərimizi heç bir əlavə ödəniş etmədən biznes klassda yenidən sifariş edirik”.
Müştərilərin ödədikləri haqqın geri qaytarılmasını tələb etməklə rezervasiyalarını ləğv etmək seçiminin də olduğunu qeyd edən rəsmi, sistemlərində yaşanan kod xətasına görə sərnişinlərdən üzr istəyib.
Sözçü əlavə edib ki, sistem xətasından sonra 300 bilet alınıb.
“Qantas”ın internet saytındakı şərtlərə əsasən, bronlaşdırma zamanı sistematik xətalar baş verərsə, aviaşirkət “sifarişi ləğv etmək və ya pulun geri qaytarılmasını təklif etmək” hüququnu özündə saxlayır.