Sosial mediada yayılan görüntülərə görə, avqustun 25-də Melillanın Horkas Koloradas çimərliyi yaxınlığında, içərisində 4 qeyri-qanuni immiqrantın olduğu qayığı dayandırmağa çalışan İspaniya jandarmına məxsus qayıq xəbərdarlıqlara məhəl qoymayan gəmini üstündən keçərək dayandırıb.
“AMDH Nador” qeyri-hökumət təşkilatı İspaniya jandarmının qeyri-qanuni mühacirləri daşıyan qayığın üzərindən keçərkən bir nəfərin ölümünə səbəb ola biləcəyini iddia edib.
Bu səhər Melilladakı Hassani de Nador xəstəxanasında mərakeşli bir mühacirin cəsədinin meyitxanadan götürüldüyünü açıqlayan “AMDH Nador”, jandarma qüvvələrinin dənizə müdaxiləsi ilə bağlı araşdırma aparılmasını tələb edib.
İspaniya jandarma və Melilla muxtar hökumətindən verilən açıqlamada hadisədə xəsarət alan olmadığı, suya düşən nizamsız mühacirlərin dərhal çıxarılaraq jandarm gəmisinə aparıldığı bildirilib.