Vaxt.Az

Partlayış səsləri kəsilmir


 

Rusiya hücumlarını davam etdirir

Partlayış səsləri kəsilmir Rusiya artıq ikinci gündür ki, Ukraynaya raket və PUA-larla hücum edir. Ukrayna ordusu səhər saatlarında verdiyi açıqlamada müharibənin ən böyük dünənki hava hücumdan bir gün sonra Rusiyanın Ukraynanın bir çox bölgəsini raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə hədəfə alan və ən az 4 nəfərin ölümünə səbəb olan həmlələr həyata keçirdiyini bildirib.

Bölgə səlahiyyətliləri Ukraynanın mərkəzindəki Krivı Roq şəhərində bir otelin “dağıdılması” nəticəsində iki nəfərin, Krivı Roğın şərqindəki Zaporojjya şəhərinə PUA-nın hücumu nəticəsində daha iki nəfərin öldüyünü açıqlayıb.

Bölgədəki hərbi idarədən “Telegram” vasitəsilə edilən açıqlamada Kiyevin hava hücumundan müdafiə sistemlərinin paytaxtı hədəf alan raket və PUA-ları dəf etmək üçün gecə ərzində bir neçə dəfə işə düşdüyünü bildirib. “Reuters”in şahidləri də gecə ərzində Kiyevdə ən azı üç partlayış səsi eşitdiklərini bildiriblər.

Dünən Rusiya 200-dən çox raket və PUA hücumu ilə azı 7 nəfəri öldürüb, enerji infrastrukturuna ziyan vurub. ABŞ prezidenti Co Bayden isə hücumu pisləyərək “çirkin” adlandırıb.

Vaşinqtonda yerləşən Müharibənin Tədqiqi İnstitutunun analitikləri dünən axşam dərc etdikləri hesabatda qeyd ediblər ki, Moskva “ehtimal ki, mütəmadi olaraq oxşar miqyaslı iri hücumları davam etdirmək üçün müdafiə sənayesi imkanlarına malik deyil”.

Kreml dünən bildirib ki, Ukraynanın Kursk bölgəsinə hücumuna cavab verəcək və Ukrayna ilə atəşkəs danışıqlarının aparılması ideyasından artıq söhbət gedə bilməz.

 





27.08.2024    çap et  çap et