Vaxt.Az

Kennedi Trampın komandasına qoşulur


 

Narazı demokratlar respublikaçı namizədin ətrafında birləşir

Kennedi Trampın komandasına qoşulur ABŞ prezidentliyi yarışından geri çəkilən müstəqil namizəd Robert Kennedinin dəstəklədiyini açıqladığı Respublikaçı Donald Trampın seçki komandasında çalışacağı bildirilir.

“The New York Times” (NYT) qəzeti Trampa yaxın mənbələrə istinadən bildirib ki, keçən həftə namizədlikdən geri çəkilən Kennedi Trampın seçki komandasına qoşulacaq.

Xəbərə görə, Kennedi kimin hansı vəzifəni üzərinə götürə biləcəyini müəyyən edəcək keçid prosesinin idarə olunmasında müvafiq komandalara həmsədrlik edəcək.

Siyasi şərhçi və televiziya xadimi Taker Karlsonla verdiyi son müsahibəsində məsələni təsdiqləyən Kennedi, “Hökumətə kimin rəhbərlik edəcəyini müəyyən etmək üçün məndən keçid qrupunda iştirak etməyi tələb etdilər”, – deyib.

***

Digər tərəfdən, 2020-ci il prezident seçkiləri üçün Demokratlardan prezidentliyə namizədlər arasında olan o vaxtkı konqresmen Tulsi Qabbar da Trampı dəstəkləyəcəyini açıqlamışdı.

NYT-nin hesabatında Qabbardın Kennedi ilə birlikdə Trampın seçki komandasına daxil ediləcəyi və Respublikaçılar Partiyasından prezidentliyə namizədlə sıx əməkdaşlıq edəcəyi qeyd edilib.

ABŞ-da 5 noyabr 2024-cü ildə keçiriləcək 60-cı prezident seçkilərində Demokratların namizədi Kamala Harris və Respublikaçılar Partiyasının namizədi Donald Tramp rəqabət aparır.

 





27.08.2024    çap et  çap et