Vaxt.Az

«Sülh danışıqları davam etdirilməlidir»


 

Tərəflər liderlərin təkbətək görüşünə tərəfdardır

«Sülh danışıqları davam etdirilməlidir» Yaxın Şərq sülh danışıqlarında İsrailin baş müzakirəçisi Tzipi Livni müzakirələrin böhran dövrünü yaşadığını, lakin onların davam etdirilməli olduğunu deyib.

Tzipi Livni İsrailin Kanal 2 televiziyasına müsahibədə danışıqlarda çox mürəkkəb bir məqamın yarandığını və həqiqi böhran olduğunu bildirib. Lakin o, müzakirələrin davam etdirilməli olduğunu deyib. Tzipi Livni həmçinin İsrail və Fələstin liderləri arasında birbaşa danışıqların keçirilməsinin tərəfdarı olduğunu əlavə edib.

İsrailli müzakirəçi bu açıqlamaları ABŞ Dövlət katibi Con Kerrinin Obama administrasiyasının Yaxın Şərq sülh prosesində rolunu yenidən qiytmətləndirdiyini bildirməsindən bir gün sonra verib. Con Kerri tərəflər sülh istiqamətində konstruktiv addımlar atmaq istəmədiyi halda, ABŞ-ın vaxtı və səylərinin məhdud olduğunu bildirib.

Con Kerri tərəflərin Birləşmiş Ştatların vasitəçiliyi ilə keçirilən danışıqların baş tutmaması ilə nəticələnən addımlar atıb.

 





06.04.2014    çap et  çap et