Vaxt.Az

Minlərlə ölü balıq dənizi bürüdü


 

Yunanıstan sahillərində görünməmiş təbii fəlakət

Minlərlə ölü balıq dənizi bürüdü Yunanıstanın Volos sahillərində minlərlə ölü balıq dənizin səthini örtüb. Sosial mediada paylaşılan görüntülərdə çimərlikdə dəniz səthini bürüyən minlərlə balıq görünüb.

Yunan mətbuatına danışan mütəxəssislər, ölən balıqların duzlu dəniz suyuna uyğunlaşmayan şirin su balığı olduğunu ifadə edərək, təxminən bir həftədir bölgədə baş verən kütləvi balıq ölümlərinin, şirin su balıqlarının bölgədəki çaylardan keçərək dənizə çata bilməməsi ilə bağlı olduğunu müdafiə ediblər..

Görüntülər sosial mediada paylaşıldıqdan sonra prokurorluğun bölgədə dəniz suyunun çirklənməsini və balıqların ölüm səbəbini müəyyən etmək üçün araşdırma başlatdığı bildirilib.

 





27.08.2024    çap et  çap et