Fransanın Lill şəhərindən Brüsselə gedən TGV sürətli qatarı səhər saatlarında Belçikanın Tournai şəhəri yaxınlığında keçiddə dayanan traktorun qoşqusuna çırpılıb. Yol işləri ilə əlaqədar qatar 1-ci xətt əvəzinə aşağısürətli 94-cü xətt üzrə hərəkət edən qatar toqquşduğu traktoru uzun məsafəyə sürüyüb.
Traktor sürücüsünün atlayaraq xilas olduğu qəzada qatarda olan 2 sərnişin yaralanıb.
Qəza səbəbindən sözügedən qatar xətti qeyri-müəyyən müddətə bağlanıb. 120 sərnişin avtobuslarla təxliyə edilərkən, bölgəyə çoxlu təcili yardım maşınları göndərilib.
Qəza, son həftələrdə yol işləri ilə əlaqədar eyni xətdən istifadə edən “Eurostar” şirkətinin Brüssel-London-Amsterdam yüksək sürətli qatarlarında iki dəfəyə qədər fasilələrə səbəb olub. “Eurostar”, kəsilən xətlərdə səyahət edənlərin biletlərini dəyişdirə və ya geri qaytara biləcəyini söylədi.