Yunanıstanın İqlim Böhranı və Mülki Müdafiə naziri Vasilis Kikilias qatıldığı radio proqramında ölkədəki yanğınlarla bağlı açıqlamalar verib. Bildirilib ki, Yunanıstanda 2024-cü ildə yanğınların sayında 2023-cü illə müqayisədə böyük yüksəliş var.
Bu il ölkə daxilində yanğınların sayının keçən ilə nisbətən yüzdə 50 artdığını ifadə edən Kikilias, yanğın qruplarının ilin əvvəlindən bu yana 4 min yanğınla mübarizə apardığını söylədi.
Yanğınların sayının artmasının birbaşa iqlim dəyişikliyinin nəticəsi olduğunu bildirən nazir, fəlakətlərlə daha tez və effektiv mübarizə aparmaq üçün mühüm islahatların edildiyini açıqlayıb.
Yunanıstanda avqustun 11-də Afina yaxınlığındakı Varnavasda başlayan və ilin ən böyük fəlakəti sayılan yanğında 1 nəfər ölüb, 146 ev yararsız hala düşüb.
çap et