Vaxt.Az

Maduro yeni kabinetini elan edib


 

“Xalqın özünüidarəsi ilə daha da təsirli olacaq”

Maduro yeni kabinetini elan edib Venesuela prezidenti Nikolas Maduro iyulun 28-də keçirilən prezident seçkilərindən sonra yeni kabinetini elan edib. Paytaxt Karakasda iqamətgahda təşkil edilən mətbuat konfransında danışan Maduro Venesuelanın demokratiyaya əsaslanan dövlət quruculuğu prosesində yetkinliyə çatdığını bildirib.

Kabinetində bir sıra dəyişikliklər edən Maduro, “Venesuellanın ehtiyac duyduğu dəyişikliklər xalqın özünüidarəsi ilə daha da təsirli olacaq. Biz dövləti daha canlı, birbaşa demokratiya ilə birlikdə idarə etmək və hökumətin xalqla məsləhətləşməsi üçün addımlar atırıq”.

Dəyişikliklərin dərinləşməsi və sürətləndirilməsi prosesi adlandırdığı yeni kabinetində Maduro partiyanın iki nömrəsi kimi tanınan Diosdado Kabelonu daxili işlər naziri təyin edib.

Keçmiş vitse-prezident Delsi Rodriqes neft naziri və icraçı vitse-prezident, Hektor Rodriqes isə təhsil naziri, həmçinin sosial-regional sahə üzrə vitse-prezident təyin edilib.

Anxel Prado, Kommunalar və Şəhər Kənd Təsərrüfatı naziri, Anabel Pereira maliyyə və xarici ticarət naziri; Pedro Telleçi sənaye və istehsal naziri; Hektor Obregon Dövlət Neft Korporasiyasının (PDVSA) prezidenti, Eduardo Pinate əmək naziri, Maqlay Vina ailə naziri, Arnaldo Sançes isə idman naziri təyin edilib. Xarici İşlər Naziri İvan Gilin öz postunda qalıb.

 





28.08.2024    çap et  çap et