Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, çoxlüləli raket qurğusunun manevr və cəmlənmiş atəş qabiliyyəti texniki cəhətdən yenilənib. Yeni istiqamətləndirmə sistemi ilə təchiz edilmiş reaktiv yaylım atəşi sistemi sınaqdan keçirilib.
Şimali Koreya fevralın 12-də çoxlüləli reaktiv yaylım atəşi qurğusu üçün yeni “idarə oluna bilən” sursat və ballistik idarəetmə sistemi hazırladığını elan edib. Qeyd edilib ki, yeni yaradılmış sistemlər Şimali Koreya ordusunun çoxlüləli reaktiv yaylım atəşi tutumunda keyfiyyət dəyişikliyi edəcək.
Bu arada, Şimali Koreyanın Birləşmiş Millətlər Təşkilatının (BMT) ölkəsinə təyin etdiyi rezident əlaqələndirici Co Kolombanonun da olduğu 25 əməkdaşını mart ayından bu yana ölkəyə qəbul etmədiyi bildirilib.
Yonhap xəbərlərinə görə, Kolombano və bir çox BMT əməkdaşına mart ayından Şimali Koreyaya giriş qadağan edilib. BMT-nin İnkişaf Koordinasiya Ofisindən verilən açıqlamada qeyd olunub ki, Şimali Koreya hökuməti ilə BMT əməkdaşlarının ölkəyə daxil olması ilə bağlı vaxt və prosedurlar müzakirə olunmağa davam edir.
Açıqlamada Şimali Koreya ilə BMT arasında razılığın əldə olunacağı təqdirdə BMT-nin Pxenyanla əməkdaşlıq fəaliyyətlərini davam etdirməyə hazır olduğu bildirilib.
Bildirilib ki, hazırda ölkədə BMT-nin 50-yə yaxın şimali koreyalı əməkdaşı var, 25 beynəlxalq personal isə ölkəyə daxil olmaq üçün təsdiq gözləyir.