Vaxt.Az

267 milyardlıq zərər


 

Alman şirkətləri müntəzəm olaraq Çin və Rusiyanın kiberhücumlarına məruz qalıb

267 milyardlıq zərər Almaniyanın informasiya, kommunikasiya və yeni media sektorlarının çətir təşkilatı BITKOM-un 1000 şirkətlə keçirdiyi “kiber hücumlar” sorğusunun nəticələri açıqlanıb. Paytaxt Berlində sorğu nəticələrini açıqlayan BITKOM prezidenti Ralf Vinterqerst Almaniya iqtisadiyyatı üçün kibertəhlükə vəziyyətinin pisləşdiyini və şirkətlərin qoruyucu tədbirlərini daha da artırması lazım olduğunu bildirib.

Vintergerst Alman şirkətlərinin 81 faizinin son vaxtlar məlumat oğurluğu, casusluq və ya təxribatdan ziyan gördüyünü və bu nisbətin 2023-cü ildə 72 faiz olduğunu ifadə etdi.

Konstitusiyanın Müdafiəsi Təşkilatının sədr müavini Sinan Selen, demək olar ki, hər bir şirkətin kiberhücumlardan təsirləndiyini ifadə edərək, “Beynəlxalq qarşıdurmalar və sistemli rəqabət geosiyasi sahədə olduğu kimi kiber sahədə də təhlükəsizlik vəziyyətini formalaşdırır. Blokların formalaşması istiqamətində irəliləyiş özünü siyasi və operativ münasibətdə göstərir”, – deyib.

Rəqəmsal və analoq hücumlar arasında daha sıx əlaqə gördüklərini ifadə edən Selen, “Hücumçular fərdiləşdirilmiş sosial mühəndislik vasitəsilə klassik casusluq fəaliyyətlərinə qapı açmağı hədəfləyirlər. Eyni zamanda rəqəmsal və fiziki təxribat təhlükəsi artmaqda davam edir. Biz sabotaj da daxil olmaqla,  əməliyyat proseslərinə və qurğulara qarşı analoq hücumların kəskin artımdan narahatıq”, – deyib.

BITKOM-un sorğusuna görə, alman şirkətlərinə edilən kiberhücumların ümumi zərəri son 12 ayda əvvəlki ilə nisbətən 29 faiz artaraq 266,6 milyard avroya çatıb.

Kiberhücuma məruz qalan şirkətlərin 70 faizi hücumu mütəşəkkil cinayətlə əlaqələndirərkən, şirkətlərin 45 faizi ən azı bir hücumun Çindən gəldiyini bildirib. Almaniya şirkətlərinə edilən kiberhücumlarda Rusiya 39 faizlə ikinci yeri tutub.

Sorğu göstərdi ki, hər üç şirkətdən təxminən ikisi kiberhücum təhlükəsi altında fəaliyyət göstərir.

Getdikcə mürəkkəbləşən tədarük zəncirləri internet hakerləri üçün qapı yaratsa da, Almaniya şirkətlərinin yalnız 37 faizinin təchizat zəncirindəki təhlükəsizlik insidentlərinə cavab vermək üçün fövqəladə plana sahib olması diqqətəlayiqdir.

 





28.08.2024    çap et  çap et