Vaxt.Az

Uçuşa hazırlaşanda yanacağı töküldü


 

Daha bir “Boeing” qalmaqalı – təyyarədə olanlar ölümdən döndü

Uçuşa hazırlaşanda yanacağı töküldü İndoneziyada “Garuda Indonesia” şirkətinə məxsus “Boeing 737” tipli təyyarədə olan onlarla sərnişin təyyarənin qanadından yanacaq tökülməsi nəticəsində böyük qorxu yaşayıb.

Sərnişinlər təyyarənin Cakarta Sukarno Hatta Beynəlxalq Hava Limanında havaya qalxmağa hazırlaşarkən üzərinə yanacaq tökülməsini qeydə alıblar.

Kapitan vəziyyəti anlayanda təyyarə göyərtəsində 135 sərnişinlə keçid qapısına qayıdıb.

Təxminən 2 saatdır gözləyən sərnişinləri Sumatra adasındakı mənzil başına çatdırmaq üçün başqa bir təyyarə gəlib.

Təyyarədə olanlardan biri də İndoneziyanın məşhur müğənnilərindən Kunto Aci olub.

Aci sosial şəbəkədəki paylaşımında “Həyatım xilas oldu, Allaha şükür ki, hələ vaxt varken fərq edildi. Bu, çox qorxulu idi”, – dedi.

“Garuda İnternational”ın prezidenti və direktoru İrfan Setiaputra hadisə ilə bağlı araşdırmaya başlanıldığını təsdiqləyib.

Aviaşirkət sərnişinlərin təhlükəsizliyinə önəm verdiklərini və insidentin “ətraflı şəkildə araşdırılacağını” bildirib.

Dünyanın aparıcı aviasiya və kosmos şirkəti olan “Boeing”, təyyarələrindəki nasazlıqlarla tez-tez gündəmə gəlir.

 





28.08.2024    çap et  çap et