Ukrayna prezidenti Vladimir Zelenski dəfələrlə tələb edib ki, düşmən radarından yayına bilən və 190 mil məsafədəki həssas hədəfləri vura bilən bu silahlardan Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün istifadə olunsun.
Lakin bu raketlər çox vaxt ABŞ-ın gizli sistemləri ilə istifadə edildiyi üçün Vaşinqtondan icazə tələb olunur.
İngiltərənin “The Telegraph” qəzetinin məlumatına görə, İngiltərə ABŞ-dan Ukraynanın bu raketləri Rusiya daxilində istifadə etməsi ilə bağlı rəsmi müraciət etməyib.
ABŞ dəfələrlə Britaniyanın Ukraynaya hərbi texnika verməklə bağlı “ehtiyatsız” yanaşmasına qarşı olduğunu bildirib.
Ağ Evdəki mənbə “Telegraph”a bildirib ki, prezident Co Bayden administrasiyası ABŞ-ın icazəsi olmadan belə, “Storm Shadow” raketlərindən istifadənin gərginliyi artıra və NATO qüvvələrinin münaqişəyə cəlb edə biləcəyindən narahatdır.
Rusiyada “Storm Shadow” hücumlarının münaqişəni gərginləşdirə biləcəyi qorxusuna əlavə olaraq, mənbələr qəzetə deyib ki, ABŞ-da raketlərin sərhəddən uzaqda yerləşən Rusiya hədəflərini məhv edə bilməməsi ilə bağlı narahatlıq var.
Belə görünür ki, Böyük Britaniyanın baş naziri Keir Starmer bu məsələ ilə bağlı debat yaratmaq istəmir. Onun Mühafizəkarlar dövründə əvvəlki diplomatik mübahisələrdən sonra ABŞ-la danışıqlarda “məsləhətçi yanaşma”nı mənimsədiyi də deyilir.
Bu, Zelenskinin dünən (avqustun 27-də) ölkəsinin əldəqayırma ballistik raketi uğurla sınaqdan keçirdiyini elan etdiyi, lakin sınaqla bağlı əlavə təfərrüatlar vermədiyi bir vaxta təsadüf etdi.
Zelenski təsdiqləyib ki, Qərbin Ukraynaya verdiyi “F-16” qırıcıları bu həftə Rusiyanın şiddətli hücumlarını dəf etmək üçün istifadə olunub.
O, həmçinin müttəfiqləri yenidən Ukraynanın Rusiya ərazisindəki hədəfləri vura bilən uzaqmənzilli raketlər kimi tədarük etdiyi silahlardan necə istifadə etməsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb.