Yəmən Prezident Şurasının sədri Rəşad əl-Alimi dünən (avqustun 27-də) təhlükəsizliklə bağlı narahatlıqlara baxmayaraq, doqquz ildir husilər tərəfindən mühasirədə saxlanılan Taiz şəhərinə tarixi səfər edib. Əl-Alimi Ədəndən zirehli-hərbi texnikada quru yolu ilə şəhərə gedən yolda xalqın böyük izdihamı ilə qarşılaşıb.
Əl-Aliminin səfəri Səudiyyə Ərəbistanının Yəmən üçün İnkişaf və Yenidənqurma Proqramı tərəfindən maliyyələşdirilən layihəni, o cümlədən Onkoloji Mərkəzin, 30 meqavatlıq Asifra elektrik stansiyasının, əl-Məvasit bölgəsindəki kənd xəstəxanasının bərpası və təchiz edilməsini əhatə edib. Taiz Sənaye İnstitutu da daxil olmaqla bir sıra inkişaf və xidmət layihələrinin təməlini ataraq işə başlayıb.
Əl-Alimi rəsmi bəyanatında deyib: “Taiz Husi terrorçu yaraqlılarının amansız mühasirəsi altında olan illər ərzində milli layihənin açarı, dəyişikliklərin beşiyi və qətiyyət paytaxtı olaraq qalacaq”.
Bölgə sakinləri ümid edirlər ki, əl-Aliminin səfəri bölgə strukturun gücləndirilməsi, xidmətlərin göstərilməsi və infrastruktura diqqət yetirilməsi üçün bir addım olacaq.
çap et