Vaxt.Az

Bayden Yatsenyukla danışıb


 

Əsas mövzu Rusiyanın enerjidən siyasi silah vasitəsi kimi istifadə etməsi olub

Bayden Yatsenyukla danışıb ABŞ-ın vitse-prezidenti Cozef Bayden və Ukraynanın baş naziri Arseni Yatsenyuk arasında telefon söhbəti olub.

Ağ Evin mətbuat xidmətinin verdiyi məlumata görə, cənab Bayden Ukraynada əldə edilmiş inkişafdan razılığını ifadə edib. O, Beynəlxalq Valyuta Fondu ilə Ukrayna iqtisadiyyatının sabitləşdirilməsinə yardım edəcək ilkikn razılaşmanın əldə edilməsinə dəstəyini bildirib.

Co Beyden Ukraynanın enerji təhlükəsizliyinin yaxşılaşdırılmasının vacibliyini vurğulayıb və onun ifadəsilə, «heç bir ölkənin enerjidən siyasi silah vasitəsi kimi istifadə etməməsi» istiqamətində Ukrayna və digər Avropa ölkələri ilə birgə iş aparılmasına söz verib.

ABŞ-ın vitse-prezidenti Ukraynada konstitusiya islahatlarına dəstəyini bildirərək, gələn ay keçiriləcək seçkilərə hazırlıqları alqışlayıb.

 





06.04.2014    çap et  çap et