Vaxt.Az

“Sərxoşlar maşın sür bilməz, amma təyyarəyə minə bilər?”


 

Hava limanlarında spirtli içkilərin məhdudlaşdırılması tövsiyə olunur

“Sərxoşlar maşın sür bilməz, amma təyyarəyə minə bilər?” İldə milyonlarla insanı daşıyan İrlandiyaın “Ryanair” şirkətinin baş direktoru (CEO) Maykl O'Liri təyyarələrdə spirtli içkilərin məhdudlaşdırılması təklifini gündəmə gətirib.

O'Liri, hava limanlarında spirtli içkilərə məhdudiyyətlərin tətbiqinin uçuşlarda artan xuliqanlığı azaltmağa kömək edəcəyini söyləyib.

İngiltərə mətbuatına danışan CEO, insanların spirtli içki içməsinin əleyhinə olmadığını bildirərək, “Biz insanların sərxoş halda maşın sürməsinə icazə vermirik, amma yenə də onları təyyarələrə mindirməyə davam edirik”, – deyib.

Ekipajın və digər sərnişinlərin hədəfə çevrildiyini deyən O'Liri sərxoş sərnişinlərin aqressiv davranışlarına diqqət çəkib.

Böyük Britaniyada alkoqol və ya digər səbəblərdən qaynaqlanan pozucu davranış əhəmiyyətli cəzalarla nəticələnə bilər. Bunlara cərimələr, təyyarəyə buraxılmamaq və ya iki ilə qədər həbs daxildir.

 





29.08.2024    çap et  çap et