Vaxt.Az

Con Kerri Bakıya gələsi olmadı


 

ABŞ səfirliyi dövlət katibinin səfəri ilə bağlı xəbəri təkzib etdi

Con Kerri Bakıya gələsi olmadı Amerikanın Azərbaycandakı səfirliyi ABŞ dövlət katibi Con Kerrinin yaxın günlərdə Azərbaycana səfər edəcəyi ilə bağlı bəzi KİV-lərdə yayılan xəbərlərə münasibət bildirib.

«Ümid edirik ki, cənab Kerri Azərbaycana səfər edəcək. Amma yaxın bir neçə həftə ərzində bu səfər gözlənilmir», deyə səfirlikdən mətbuata bildiriblər.

Xatırladaq ki, ANS PRESS ABŞ dövlət katibi Con Kerrinin yaxın günlərdə Cənubi Qafqaza səfər edəcəyi ilə bağlı xəbər yaymışdı. Xəbərdə dövlət katibinin səfər zamanı Azərbaycan və Gürcüstanda olacağı deyilirdi. 

 





06.04.2014    çap et  çap et