17 il əvvəl ABŞ-Kanada sərhədində Huron gölünə düşən “Socata TB-20” tipli təyyarənin qalıqları ABŞ-ın Miçiqan ştatında tapılıb. Miçiqan ştatının polisi xüsusi axtarış-xilasetmə şirkətinin pilotu da daxil olmaqla iki nəfərin olduğu təyyarənin qalıqlarının ştatın Bois Blanc adası yaxınlığında tapıldığını açıqlayıb.Dağıntıların yaxınlığında skelet qalıqları aşkar edilərkən, Şimali Miçiqan Universitetinin Ədli Antropologiya Mərkəzində aparılan araşdırmalar nəticəsində cəsədin 56 yaşlı Brooke Staufferə aid olduğu qeyd edilib.
Stauffer 52 yaşlı nişanlısı Karen Dodds tərəfindən idarə olunan “Socata TB-20” tipli təyyarə 2007-ci ildə ABŞ-Kanada sərhədində Huron gölünə düşmüşdü.
Doddsun cansız cəsədi qəzadan iki ay sonra tapılsa da, Stauffer izi və ya təyyarənin qalıqlarına rast gəlinməmişdi. Stauffer ailəsinin tələbi ilə özəl şirkət 16 il sonra 2023-cü ilin oktyabrında axtarış işlərinə başlamışdı.
çap et