Birliyə üzv ölkələrdə satılan yeni avtomobillərin 33,4 faizini benzin, 32 faizini hibrid, 12,6 faizini dizel, 12,1 faizini elektrik, 6,8 faizini “plug”in hibrid, 3,1 faizini isə digər yanacaq növlərindən istifadə edən avtomobillər təşkil edib.
Elektrikli avtomobil satışları iyul ayında keçən ilin eyni dövrünə görə yüzdə 10,8 azalaraq 102 min 705-ə gerilədi. Ötən ilin eyni dövründə elektriklə işləyən avtomobillərin ümumi satışdakı payı 13,5 faiz təşkil edib. Bu tip avtomobillərin ümumi satışlarda payının azalması diqqət çəkib.
İyulda keçən ilin eyni dövrü ilə müqayisədə Almaniyada yeni avtomobil satışları 2,1 faiz, Fransada isə 2,3 faiz azaldığı halda, İspaniyada 3,4 faiz, İtaliyada isə 4,7 faiz artıb.
Yanvar-iyul dövründə cəmi satışlar keçən ilin eyni dövrünə görə yüzdə 3,9 artaraq 6 milyon 537 min 362-yə çatıb.
İstehsalçıların məlumatına görə, “Volkswagen” qrupu iyul ayında 229 min 387 avtomobillə AB-də ən çox yeni avtomobil satıb.
“Volkswagen” qrupunu “Stellantis” izləyib. “Peugeot”, “Fiat”, “Citroen” və “Opel” kimi markaların daxil olduğu “Stellantis Group” 137 min 12 avtomobil satıb.
“Renault Group” 88 min 707 yeni avtomobillə üçüncü, “Hyundai Group” isə 74 min 724 yeni avtomobillə dördüncü yerdə qərarlaşıb.