“Yüksək faiz dərəcələri və inkişaf etmiş ölkələrin bazarlarında yığılmış disbalans 2007-2008-ci illərin böhranı ilə müqayisə olunan miqyasda qlobal maliyyə böhranına səbəb ola bilər”, – Rusiya Mərkəzi Bankı bildirib.
Hesabatda bu ilin ikinci yarısında ölkə iqtisadiyyatında həddindən artıq istiləşmənin azalacağı proqnozlaşdırılır və “Bu proses həyata keçirilən pul siyasəti ilə asanlaşacaq. İqtisadiyyatın bu il 3,5-4 faiz böyüməsi gözlənilsə də, 2027-ci ildən başlayaraq 1,5-2,5 faizartacaq. Daha balanslı bir prosesə girəcək”, – deyilib.
Hesabatda inkişaf etmiş ölkələrdə təxminən 15 il davam edən “sıfıra yaxın faiz dərəcəsi” dövrünün başa çatdığını xatırladaraq, “2022-2023-cü illərdə siyasət faizlərinin artması tarixin ən sürətli dövrlərindən biridir. 2007-2008-ci illərdə müşahidə olunduğu kimi, yüksək faiz dərəcələri və inkişaf etmiş ölkələrin bazarlarında yığılmış disbalanslar aşkar edilib”, – deyilib.
Hesabatda bu sahədə müştərək əməliyyatların həyata keçirilməsi üçün rəqəmsal valyutaları inkişaf etdirən xarici mərkəzi banklarla əməkdaşlıq aparıldığı bildirilib: “Rəqəmsal rublun mühüm üstünlüyü ondan transsərhəd hesablaşmalarda istifadə imkanları olacaq”, – deyilib.