İngiltərənin aparıcı qəzetlərindən olan “Guardian”a müsahibə verən qeyri-hökumət təşkilatları, içərisində ingilis milyarder iş adamı Mayk Linç və qızı Hannanın da olduğu 7 nəfərin öldüyü Bayesian yaxtası üçün səfərbərliyin qaçqınlara gəldikdə aktiv olmadığını bildirir.
Alman qeyri-hökumət təşkilatı “Sea-Eye” tərəfindən edilən açıqlamada Bayesian yaxtasını batması ilə bağlı aşağıdakı ifadələr yer alır: “Aralıq dənizindəki hər ölüm, bu insanların haradan gəldiyindən və nə qədər qazanmasından asılı olmayaraq, həddindən artıq çoxdur”.
Media və siyasətçilərin “ikili standartlar” tətbiq etdiyini əsas gətirən bəyanatda qeyd olunur: “Təəssüf ki, kimin mediada, cəmiyyətimizdə, siyasətdə boğulduğu fərq edir. Son aylarda Aralıq dənizində baş verən faciələrin və xilasetmə işlərinin Siciliyada batan gəmidə baş verənlər qədər geniş təsirə malik olmadığını görürük”.
İtaliyanın Palermo şəhərindən 20 kilometr şərqdə, Portiçello qəsəbəsi yaxınlığında lövbər salan Bayesian avqustun 19-da yerli vaxtla saat 05:00 radələrində fırtına nəticəsində batıb.
Bölgədəki qayıqların köməyi ilə yaxtada olan 22 nəfərdən 15-i xilas edilib, birinin cəsədi tapılıb, 6 nəfərin isə itkin düşdüyü bildirilirdi.
Linç və qızı ilə yanaşı, itkin düşənlər arasında “Morgan Stanley International”ın direktoru Conatan Blumer və onun həyat yoldaşı Enn Elizabeth Cudith Blumer və Linçin amerikalı vəkili Kris Morvillo və həyat yoldaşı Neda Morvillo da var idi.
İtkin düşənlərin tapılması üçün xüsusi mağara dalğıcları 12 dəqiqə patrul edib, uzaqdan idarə olunan sualtı avtomobil də əraziyə göndərilib. Bildirilib ki, 20 dalğıc 50 metr dərinlikdə qalıqları axtarmaq üçün ən azı 4 min dəqiqə suda qalıb.
Almaniyada yerləşən “Sea-Watch” qeyri-hökumət təşkilatı, Bayesiandan gələn təcili yardım çağırışına bir neçə dəqiqə ərzində cavab verildiyini, lakin bir neçə gün sonra Aralıq dənizində 43 immiqrantı daşıyan qayıqdan gələn zənglərə günlərlə məhəl qoyulmadığına diqqət çəkdi.
“Sea-Watch” xəbər verir ki, səlahiyyətlilər tədbir görməyincə, QHT-lər müdaxilə edərək bu qayıqdakı insanları xilas ediblər. Təşkilatın sosial şəbəkədəki paylaşımında aşağıdakı ifadələr yer alıb:
Bu, təsadüfi deyil, Avropa Birliyinin (AB) tətbiq etdiyi ikili standartlardır.
İtaliya mərkəzli “Mediterranea Saving Humans” təşkilatı AB ölkələrinin bir-birinə zidd davrandıqlarını açıqlayıb: “Yaxtalarla zəngin insanları və ya turistləri xilas etmək üçün müdaxilə etmək qəbahət deyil. Səhv olan, ehtiyacı olan miqrantları xilas etmək üçün bu strategiyaların tətbiqində uyğunsuzluqdur”.