Bazadakı hava hücumundan müdafiə sistemləri PUA-ları hədəflərinə çatmamış məhv edib. Hadisə ilə bağlı ABŞ-dan hələlik heç bir açıqlama verilməyib.
ABŞ ordusunun Haseke və Deyr əz-Zor əyalətlərindəki bazaları 2023-cü ilin oktyabr ayından bəri tez-tez raket və kamikadze PUA-larla hədəfə alınır.
Fərat çayının şərqindəki Deyr əz-Zor torpaqları ABŞ-ın dəstəklədiyi terror təşkilatı PKK/YPG-nin işğalı altında, şəhər mərkəzi və digər kənd yerləri isə Suriya və İranın dəstəklədiyi qrupların nəzarətindədir.