«Döyüş zamanı hakimin başa düşülməyən qərarları, Azərbaycanın daha bir qızıl medalı itirməsinə səbəb oldu. Döyüşün sonun 3 saniyə qalmış hakimin azərbaycanlı idmançıya xəbərdarlıq etməsi absurd bir məsələdir və nəticədə rəqib qələbə qazandı. Buna görə türk arbitrinin hakimliyi haqqında rəsmi etirazı vermək barəsində qərar qəbul edilib. Azərbaycan və Türkiyə Federasiyaları arasında dostluq əlaqələrini nəzərə alaraq və bu gün çempionatın son günü olduğu üçün Çempionatın tamamlanmasından sonra bütün bu faktları yığaq və Beynəlxalq federasiyaya göndərmək barədə qərar qəbul edilib».
Cəfərovun sözlərinə görə, Türkiyə tərəfi də türk hakimin bu qərarının əleyhinədir: «Türkiyənin milli federasiyasının prezidenti Həmzə Yerlikayanın mənimlə danışıqda, Şənin bu qərarlarından narazı olduğunu söylədi».
Qeyd edək ki, Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatının həlledici final qarşılaşmasında Həsən Əliyev (66 kq) rusiyalı Adam Kuraka uduzub və gümüş medalla kifayətlənib.
Xatırladaq ki, Azərbaycan yığması AÇ-2014-də artıq 6 medal qazanıb. Mariya Stadnik (48 kq), Hacı Əliyev (61 kq) və Ruslan Dibirhacıyev (70 kq) qızıl, İrina Netreba (58 kq), Xetaq Qazyumov (97 kq) və Cəbrayıl Həsənov (74 kq) gümüş medala sahib çıxıb.