Vaxt.Az

Qatil balina sürüsünün hücumu


 

“Elə bir adrenalin sıçraması yaşayırsan ki, qorxmağa vaxtın qalmır”

Qatil balina sürüsünün hücumu 43 yaşlı Uim Vandenhende və 36 yaşlı Dana Huns yaxtalarında Yunanıstandan üzərək vətənlərinə qayıtmaq üçün İspaniyadan keçərkən “qəfildən” qatil balina dəstəsi peyda olub və onlar qayığa hücum edib.

İber orkaları İspaniya və Portuqaliyanın Atlantik okeanı sahillərində Cəbəllütariqdən gələn mavi üzgəcli tuna balıqlarını izləyərkən qayıqlara hücumları ilə maşhurlaşıblar.

May ayında iki dənizçi yelkənli yaxtasını batırdıqdan sonra neft tankeri tərəfindən xilas edilmişdi. Həmin ay tədqiqatçılar Pireney yarımadası yaxınlığında qatil balinaların qayıqlara hücumu ilə bağlı təxminən 700 hadisənin sənədləşdirildiyini açıqladılar.

Vandenhende və Huns “Amidala” adlı yaxtası ilə avqustun 25-də günortadan sonra Qalisiya sahillərində üzürdülər.

Cütlük üç günlük Biskay körfəzini keçməzdən əvvəl istirahət edərkən qəfil hücum baş verib.

“Bu, çox gözlənilmədən baş verdi, orkalar bir anda peyda oldu”, – Vandenhende “Times”a deyib.

“Birdən biz güclü bir gurultu hiss etdik, sanki nəyəsə dəymişdik”.

Yan tərəfə baxanda birdən bizim yanımızda, qayığımızın yanında bir qatil balina üzgəcini gördüm. Əlimi uzatsam ona toxuna bilərdim.

Cütlük üzməyə çalışıb, lakin aqressiv qatil balinaların dəstəsi dəfələrlə yaxtanın sükanına dəyib və cütlüyü kömək üçün İspaniya xilasedici qayıqlarını çağırmağa məcbur edib.

Vandenhende, “Bizi daim izləyən və yelkənli qayığımızdan təxminən 30 metr aralıda mühafizəçi kimi görünən bir orka gördük”, – deyib.

Bu olduqca qorxulu idi. Daha sonra xilasetmə qruplarının gəlməsini gözləyərkən sakit olmağa və qayıqda edə biləcəyimiz şeylərə diqqət yetirməyə çalışdıq.

Xilasedici yedək gəmisi onları çıxarmaq üçün gələndən yarım saat sonra orkalar geri qayıdıblar.

Vandenhende hücumun özünün “əslində o qədər də pis olmadı. Elə bir adrenalin sıçraması yaşayırsan və o qədər konsentrasiya olursan ki, qorxmağa vaxtın qalmır. Orkalar daha sonra qayıdanda daha az əyləncəli idi. Amma məncə, əsl qorxu biz buradan yenidən qayıqla getməli olduğumuz zaman baş verəcək”.

Yaxta ciddi zədələnib və yaxın həftələrdə təmir üçün quru limanda olacaq.

İspaniya sahilləri yaxınlığında orka hücumlarının artması ilə bağlı suallar qaldırılır. Beynəlxalq Balina Ovu Komissiyasının (IWC) elmi komitəsinin sədri, dəniz bioloqu Aleks Zerbini “Vaşinqton Post” qəzetinə deyib ki, “heyvanların davranışlarında onların aqressiv olduğunu göstərən heç bir şey yoxdur”.

“Onlar başa düşmürlər ki, sükanla oynayanda onu zədələyə bilərlər və sükanı zədələmək insanlara təsir edəcək. Bu, qəsdən deyil, daha oynaqdır”, – o əlavə edib.

Qatil balinalarla qorxulu toqquşmadan qaçmaq üçün kiçik qayıqlara İspaniya və Cəbəllütariq boğazı ətrafındakı sahil xəttini tərk etməmək barədə xəbərdarlıq edilib.

 





30.08.2024    çap et  çap et