Vaxt.Az

Dörd nüvə bombası üçün iki kiloqram çatmır


 

Beynəlxalq Agentlik uranın zənginləşdirilməsində ciddi artım müşahidə edir

Dörd nüvə bombası üçün iki kiloqram çatmır Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın nəzəri olaraq dörd nüvə bombası hazırlamaqdan iki kiloqram uzaqda olduğunu bildirib.

Avqustun 29-da MAQATE-nin üzv ölkələrə göndərdiyi iki məxfi hesabat göstərir ki, İranın nüvə yanacağı səviyyəsi son üç ayda artıb və onun 60 faiz saf zənginləşdirilmiş uran ehtiyatı 22,6 kiloqram artaraq 164,7 kiloqrama çatıb.

Hesabatda qeyd olunur, qurumun ölçmələrinə görə, bu miqdar, zənginləşdirmə dərəcəsinin artırılması halında dörd nüvə bombası hazırlamaq üçün nəzəri olaraq kifayət qədər miqdardan təxminən iki kiloqram azdır.

MAQATE-nin hesabatında deyilir ki, “İranda elan olunmamış yerlərdə tapılan uran izləri izah edilə bilməz”.

 





30.08.2024    çap et  çap et