Vaxt.Az

İraqda dinləmə qalmaqalı


 

İki yüksək səviyyəli liderin telefonlarına qulaq asan şəbəkə aşkarlanıb

İraqda dinləmə qalmaqalı Keçən həftə İraqda aşkar edilən telefon dinləmə şəbəkəsi ilə bağlı aparılan araşdırmalarda, Şiə Koordinasiya Çərçivəsinin iki tanınmış lideri də daxil olmaqla, “bir qrup siyasətçinin” telefonlarının dinlənildiyi müəyyən edilib.

Bildirilib ki, Bağdadda “Baş nazirin ofisində fəaliyyət göstərən və rəqəmsal təhlükəsizlik üzrə ixtisaslaşan işçilər və məmurların daxil olduğu telefon dinləmə şəbəkəsi” həbs edilib.

Məlumata görə, işin əsas şübhəlisi ilə bağlı istintaq davam edərkən, şəbəkənin fəaliyyət dairəsi xeyli genişlənib.

Məlumatlı mənbələr “dinləmə fəaliyyətlərinə siyasətçilər və məmurların da daxil olduğunu” təsdiqləyiblər. Mənbələr, “Koordinasiya Çərçivəsinin iki tanınmış liderinin sözügedən şəbəkə tərəfindən həyata keçirilən telefon dinləmələrinin qurbanları arasında olduğunu və hadisənin təfərrüatlarını ədliyyə orqanlarına bildiriblər”, – deyib.

 





30.08.2024    çap et  çap et