“France-Presse” Agentliyi məlumat verir ki, Borrell AB xarici işlər nazirlərinin Brüsseldəki qeyri-rəsmi görüşündən sonra verdiyi Maduro barədə verdiyi açıqlamada, “bəli, o, de-fakto prezident olaraq qalacaq, lakin Avropa Birliyi təsdiq olunmayan seçki nəticələrinə görə onun demokratik legitimliyini tanımır”, – deyib.
Venesuela Milli Seçki Şurası Maduronun 52 faiz səslə qalib gəldiyini açıqlayıb. Şura seçki qutusunun sındırıldığını iddia edərək protokollarını dərc etməyib, müxalifət və bəzi müşahidəçilər buna etiraz ediblər.
Müxalifət deyir ki, onun namizədi Maduroya qarşı böyük fərqlə seçkilərdə qalib gəlib.
Müxalifət topladığı seçki protokollarını internetdə dərc edib və nəticələr göstərir ki, onun namizədi Edmundo Qonzales Urrutia 60 faizdən çox səslə seçkidə qalib gəlib.
Maduronun qələbəsi ABŞ, Avropa Birliyi və bir çox Latın Amerikası ölkələri tərəfindən də tanınmır.